Georgi Çixradze: “Bu gün qələbə bizə çox lazım idi"
"Simurq"un baş məşqçisi Georgi Çixradze "Qarabağ"a qalib gəldikləri oyundan (1:0) sonra fikirlərini bildirib. Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu qələbə münasibəti ilə futbolçularını təbrik edib. O deyib ki, komandasının avroliqaya vəsiqə qazanmaq şansı var:
“Bu gün qələbə bizə çox lazım idi. Çünki, psixoloji durumumuzu düzəltməliydik. Çox üstün oyun nümayiş etdirdiyimizi demək olmaz. Buna baxmayaraq, oyunu müdafiədən qurub, rəqibi əks-hüçumlarda yaxalamaq istəyirdik. Standart vəziyyətdən sonra qolu vurduq. Qələbəyə görə uşaqları təbrik edirəm. Praktiki cəhətdən çətin olsa da, nəzəri cəhətdən avroliqaya vəsiqə qazanmağa şansımız var. Bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.