Mario Qomes "Beşiktaş"dan ayrıldı

10:37 - 21 İyul 2016

Türkiyədə baş verən hadisələrə görə
 
Son mövsümü icarə əsasında "Beşiktaş"da keçirən Mario Qomes Super Liqa klubundan rəsmən ayrılıb.
 
Sportal.az xəbər verir ki, almaniyalı hücumçu bu haqda "instagram" hesabından məlumat verib. Qomes son zamanlar Türkiyədə baş verən hadisələrə görə, "Beşiktaş"dan ayrıldığını bildirib.
 
Qeyd edək ki, Mario Qomes müqavilə ilə "Fiorentina"ya məxsusdur.

Xəbər xətti