Bayram Həsənli dubl etdi, "Qarabağ"ı məğlub etdilər LAYİHƏ

11:21 - 11 Oktyabr 2016

Azərbaycanda uşaq futbolunun təbliğatı istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu dəfə çəkiliş qrupumuz U-10 Liqasının 3-cü turu çərçivəsində keçirilən “Qarabağ” - “Əlincə” matçında olub.

 

Görüşün 1-ci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab açılmadı. İkinci hissədə “Əlincə” rəqibinin qapısından 3 cavabsız top keçirdi. İki dəfə Bayram Həsənli fərqləndi, digər qolu isə Murad Musazadə vurdu. Bu qələbədən sonra “Əlincə” aktivindəki xallarının sayını 6-a çatdırdı.

 

QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Ölkəmizdə uşaq futbolunun təbliğatı üçün çalışan Sportal.az bu layihəni öz imkanları hesabına həyata keçirir.

 

 

U-10 Liqası

 

3-ci tur

 

“Qarabağ” – “Əlincə” 0:3

 

Qollar: Bayram Həsənli, 23, 38, Murad Musazadə, 28

 

Xəbər xətti