"Bursaspor" - "Trabzonspor": Dəniz Yılmaz start heyətdə, Ramil Şeydayevə şans verilmədi

20:04 - 13 Yanvar 2017

Futbol üzrə Türkiyə Super Liqasında 17-ci tura bu gün baş tutacaq bir oyunla start veriləcək.

 

Sportal.az xəbər verir ki, turun açılış matçında milli komandamızın üzvlərinin forma geydiyi "Bursaspor"la "Trabzonspor" üz-üzə gələcək. Artıq bu qarşılaşmanın heyətləri də bəlli olub.

 

"Bursaspor"da çıxış edən Dəniz Yılmaz görüşə start heyətdə başlayacaq. "Trabzonspor"un şərəfini qoruyan Ramil Şeydayevin adı isə iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, "Bursaspor" - "Trabzonspor" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti