"Qəbələ"dən böyük hesablı qələbə

01:14 - 10 Fevral 2017

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edən "Qəbələ"nin təmsilçiləri son bir həftədə 5 qarşılaşmaya çıxıb. 4 matçda qələbə qazanan "qırmızı-qaralar"ın təmsilçiləri yalnız bir heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, U-19 evdə “İnter”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. 18 oyundan sonra hesabında 41 xal olan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.

 

U-17 də “İnter”lə üz-üzə gəlib. Komanda 2 cavabsız qolla qələbə qazanıb. 15 matçda 38 xal toplayan “Qəbələ” 2-ci pillədə yer alıb.

 

“Turan”ın qonağı olan U-16 isə səfərdən böyükhesablı qələbə ilə qayıdıb - 6:1. Bunadək “Ağsu”nu 8 cavabsız qolla məğlub edən “qırmızı-qaralar” 14 oyunda 28 xal toplayaraq 3-cü pillədədi. 

 

U-15 öz meydanında “Kəpəz”lə görüşüb. Komanda 3 xalı 3 qolla qazanıb - 3:1. 14 matçda 40 xal toplayan “Qəbələ” yarışın vahid lideridi.

Xəbər xətti