"Turan Tovuz" kubokunu dolu tribunalar önündə alacaq

“Turan Tovuz”un çempionluğu rəsmiləşdikdən Tovuzda əsl bayram ab-havası hökm sürür.

 

Sportal.az xəbər verir ki, ilk olaraq çempionluq elan olunan andan stadiona axın edən fanatlar daha sonra şəhərin mərkəzində təşkil olunmuş tədbirdə futbolçularla qələbələrini bayram ediblər. Demək olar hər gün komandanın məşqində yüzlərlə azarkeş olur. Aprelin 27-də “Qaradağ Lökbatan”la oyundan sonra çempionluq kubokuna qovuşacaq tovuzlular bu anı səbrsizliklə gözləyirlər. Hər tərəf afişalarla bəzədilib. 6500 tutuma malik stadionun oyun günü tam dolacağı gözlənilir.

 

Fanatlar çempionluq kubokunu qarşılamaq üçün xüsusi hazırlıq görürlər.

Tarix: 25 Aprel [15:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2017
27  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio