"Kəpəz" daha bir legionerlə yollarını ayırır ÖZƏL

13:25 - 4 May 2017

“Kəpəz”də "yarpaq tökümü" davam eləyir. Sportal.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu kamerunlu hücumçu Julien Ebahla müqaviləni yeniləmək fikrində deyil. Belə görünür ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev qarşıdakı mövsümə yenilənmiş heyətlə qatılmaq istəyir.

 

Julien Ebah bu mövsüm Premyer Liqada 25 oyunda 6 qol vurub. Müqayisə üçün deyək ki, ötən mövsüm 21 oyuna 9 qola imza atmışdı.

 

Qeyd edək ki, “Kəpəz” artıq Dario Federiko, Tadas Simaitis, Nicat Qurbanov və Tural Axundovla yollarını ayırıb. 

Xəbər xətti