"Kəpəz"dən ayrılan futbolçu "Zirə"də

18:06 - 16 May 2017

Orxan Əliyevin "Kəpəz"dən ayrılması barədə məlumatı diqqətinizə çatdırmışdıq. Artıq gənc futbolçunun yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi karyerasını ölkəmizdə davam etdirəcək. Belə ki, son zamanar oyunu ilə diqqətləri öz üzərinə çəkən istedadlı futbolçu "Zirə" ilə razılıq əldə edib. O, növbəti mövsümdən etibarən paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Orxan Əliyev karyerası ərzində "Sumqayıt", "Xəzər Lənkəran", "Kəpəz" kimi komandalarda çıxış edib.

Xəbər xətti