Ernesto Valverde: "Ardadan istədiyim tək şey..."

20:59 - 8 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın baş məşqçisi Ernesto Valverde yay transfer dönəmində adı tez-tez “Qalatasaray” ilə hallanan Arda Turanla bağlı açıqlamalar verib.


Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis hər şeyin Ardadan asılı olduğunu deyib:
“Arda ilə danışmadım. Bura gələndə zədəsi var idi. Onu da heyətdəki digər futbolçular kimi sayıram. Hər şey onun özündən asılıdı. Mən Ardanın bir oyunda oynayıb 3 qol vurmasını istəyərəm”. 


Türkiyəli futbolçudan gözləntilərinin olduğunu deyən “kataloniyalılar”ın çalışdırıcı bunları deyib: “Arda heyətimizdəki bir oyunçudu. Ondan ala biləcəyimizin maksimumunu almaq istəyirik. Baş məşqçi kimi ondan istədiyim tək şey müntəzəm olaraq çalışmasıdı. O da eynisini etməlidi”.


Qeyd edək ki, 30 yaşındakı yarımmüdafiəçi bu mövsüm “Barselona” forması ilə rəsmi matçda iştirak etməyib.

Xəbər xətti