"Kəpəz" Rumıniya klubu ilə heç-heçə etdi

15:40 - 22 Yanvar 2018

"Kəpəz" Antalyadakı təlim-məşq toplanış çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Rumıniyanın "Viitorul" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. "Kəpəz"in qolunu kapitan Şəhriyar Rəhimov vurub.

 

George Hacinin çalışdırdığı "Viitorul" Rumıniya çempionatında 34 xalla 14 komanda arasında 6-cı yerdədir.

 

Xatırladaq ki, “Kəpəz” yanvarın 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-də “Yagelloniya” (Polşa), 31-də isə “Spartak”la (Serbiya) oyunda qüvvəsini sınayacaq.

Xəbər xətti