"Yagelloniya" "Kəpəz"ə 8 qolla qalib gəldi VİDEO

10:48 - 29 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” ötən gün növbəti yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, Yunis Hüseynovun kollektivi Polşanın “Yagelloniya” klubu ilə qarşılaşıb və biabırçı hesabla məğlub olub – 1:8.

 

Qeyd edək ki, buna qədər Türkiyədəki iki hazırlıq oyununa çıxmış “Kəpəz” Rumıniyanın “Vitorul” klubu ilə heç-heçə etmiş(1:1), Cənubi Koreyanın “Daejeon Citizen” komandasına isə qalib gəlmişdi – 1:0.

 

Xəbər xətti