Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
04.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Səbail-2” – “Kəpəz-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);
04.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının həkiminin “A” buraxılış vəsiqəsi olmadığına görə komanda 80 manat cərimə edilir (maddə 49.6);
04.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Neftçi-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);
05.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Mingəçevir” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);
05.04.2023-cü il tarixində I Divizionun XXIII turunun MOİK – “Turan Tovuz-2” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilir (maddə 39);
05.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Rauf Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, komanda 320 manat cərimə edilir (maddə 41.3);
05.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının meneceri Muraz Muradlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə edilir (maddə 41.4);
05.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununun keçirildiyi “Kapital Bank Arena”nın ehtiyat meydançasında texniki zonanın xətlənməsində nöqsanlar olduğuna görə “Sumqayıt-2” komandasına xəbərdarlıq edilsin (maddə 11).
saytlarin hazirlanmasi