"Araz Naxçıvan" I Diviziondan Premyer Liqaya vəsiqəni təmin edib.
Sportal.az xəbər verir ki, bu, çempionatın XXIV turunda baş tutub. "Qəbələ-2"yə 0:3 hesabı ilə məğlub olan MOİK liderə çatmaq şansını itirib. Hazırda IV pillədə olan "hərbçilər" mövsümün bitməsinə 6 tur qalmış liderdən 16 xal geridədir. MOİK 5 oyun keçirəcəyi üçün "Araz Naxçıvan"a çatmaq şansı yoxdur.
Qeyd edək ki, I Divizionda turnir cədvəlinin 2 -3-cü pillələrində Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları qərarlaşıblar.
saytlarin hazirlanmasi