Futbol üzrə Azərbaycan I Divizionunda XXV turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün MOİK öz meydanında lider "Araz Naxçıvan"ı qəbul edib. Qarşılaşma Muxtart Respublika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 57-yə yüksəldən "Araz Naxçıvan" liderliyini davam etdirir. 38 xalı olan MOİK isə 4-cü yerdədir.
MOİK - "Araz Naxçıvan" - 1:2
Qollar: Muxtar Nəzərli, 86 - Fərid Kərimzadə, 21, Xəyal Tomarov, 62