AFFA topdaşıyanlara görə birinci divizion klubunu cərimələdi

15:25 - 20 Aprel 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, I Divizionun XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilir (maddə 39);

“Qaradağ Lökbatan” – “Turan Tovuz-2” oyununda topdaşıyanlar topla artıq rəftar etdiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 64.2);

“Mingəçevir” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);

“Səbail-2” – “Zirə-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);

Xəbər xətti