"Qarabağ-2" komandasının iki gün öncə keçirilən məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemlər yaranıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ-2” komandası xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən I Divizionun XXVI turunda “Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
“Qarabağ-2” komandasının müraciəti, “Kəpəz-2” komandasının razılığını nəzərə alan Peşəkar Futbol Liqasının İdarə heyətinin qərarı ilə 26 aprel tarixində baş tutmalı olan “Kəpəz-2” – “Qarabağ-2” görüşü təxirə salınıb. Oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.
saytlarin hazirlanmasi