Futbol üzrə Azərbaycan I Divizionunda XXVI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Sumqayıt-2" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 40-a yüksəldən "Zaqatala" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sumqayıt-2" isə 13 xalla sonuncu yerdədir.
"Sumqayıt-2" - "Zaqatala" 0:2
Qollar: Nikoloz Saknelaşvili, 27, Cəlal Cəbrayılov, 86
saytlarin hazirlanmasi