"Xəzər Lənkəran" formasında "Neftçi"yə qarşı oynayanda azarkeşlər mənə qəpik pullar atırdılar"

14:25 - 15 İyun 2023

Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov “CBC Sport”da yayımlanan “90 dəqiqə” verilişinin qonağı olub. Sportal.az xəbər verir ki, Abışov “Neftçi”dəki illərini xatırlayıb və bu komandaya bağlı olduğunu bildirib:

“Uşaqlıqda öz aramızda zarafatlaşırdıq və mənə deyirdilər ki, qanım “ağ-qara” rəng axır. Çünki hər zaman “Neftçi” azarkeşi olmuşam, lap uşaqlıqdan bu komandanın oyunlarını izləyirdim. “Neftçi”nin yetirməsi kimi əsas komandaya yüksəlmişəm. Bu komandada aşağı-yuxarı 10 illik karyeram var. Altı il oynadım, daha sonra oradan ayrıldım, amma sonda yenə qayıtdım. “Neftçi”də uğurlu mövsümlərim olub, çempionluq yaşamışam, avrokuboklarda oynamışam”.

Təcrübəli futbolçu vaxtı ilə “Neftçi”dən “Xəzər Lənkəran”a keçidini şərh edib. O, Cənub klubunun heyətində “Neftçi”yə qarşı keçirilmiş matçlarda yaddaqalan anları belə xatırlayıb: 

"Etiraf edim ki, “Neftçi”dən ayrıldıqdan sonra karyeramda eniş dövrü yaşadım. Müəyyən səbəblər var idi. Artıq keçmişdə qalıb, danışmağın heç bir mənası yoxdur. Sadəcə keçmişə baxanda, futbolçu olaraq bu cür anlar yaşamağım xoş gəlir. Futbolçunun karyerasında yaşaya biləcəyi xoşagələn, amma neqativ hallar var idi. "Xəzər Lənkəran" formasında “Neftçi”yə qarşı oynayanda azarkeşlər mənə qəpik pullar atırdılar. Yəni, sanki komandanı pula dəyişmişdim. Hər halda, keçidimin müəyyən səbəblər var idi. Hər bir futbolçu istəyər ki, əzəli rəqiblər arasında birindən digərinə transfer olsun, derbidə ona qarşı belə hərəkətlər baş versin. Bu da futbolun gözəlliyidir”.

Mirbağırağa

Xəbər xətti