İngiltərənin "Mançester Siti" klubu ilk transferini yekunlaşdırmaq üzrədir.
Sportal.az xəbər verir ki, "şəhərlilər" "Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiçi heyətinə qatıb. Bu barədə ESPN nəşri məlumat yayıb. Xorvatiyalının keçidinin 40 milyon avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki, "Çelsi" Mateo Kovaçiçi 2019-cu ilin yayında "Real"dan transfer edib. 29 yaşlı futbolçu son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayına kimidir.
saytlarin hazirlanmasi