"Tottenhem" Klement Lanqleni "Barselona"ya, Arnaud Danjumanın isə "Vilyarreal" qaytaracaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, London təmsilçisi adıçəkilən futbolçuların transfer hüququna yiyələnmək istəməyib.
Fransız müdafiəçi 2022/2023 mövsümünün əvvəlində İngiltərə klubuna icarəyə verilmişdi. O, London təmsilçisinin heyətində 35 oyun keçirib və 1 qol vurub. 26 yaşlı Arnaud Danjuma qışda icarə əsasında "Tottenhem"ə keçib, İngiltərə Premyer Liqasında 9 oyuna çıxıb, bir qol vurub.