I və II Divizionda iştirak edəcək bütün komandalar bəlli oldu

16:49 - 16 İyun 2023

Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2023-2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçirilsin:
 
1. “Şamaxı”

2. “Qaradağ Lökbatan”

3. MOİK

4. “Mingəçevir”

5. “Zaqatala”

6. “İrəvan”

7. “İmişli”

8. “Difai Ağsu”

9. “Araz Saatlı”

10. “Karvan”
 
2. 2023-2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu II Divizion təsis olunsun və aşağıdakı komandaların iştirakı ilə keçirilsin:

1. “Füzuli”
2. “Göygöl”
3. “Ağdaş”
4. “Sportinq Baku”
5. “Qusar”
6. “Marxal Şəki”
7. “Şəfa  Baku”
8. “Cəbrayıl”
9. “Lerik”
10. “Kürmük Qax”
11. “Şəmkir”
12. “Kür-Araz”
 
Qeyd: I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunsun.

Xəbər xətti