"Neftçi"nin legioneri Ataa Caber Fələstin millisinin heyətində növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Caberin komandası Çin önünə çıxıb. Qarşılaşma Çinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan "Neftçi"nin futbolçusu sona qədər oyunda olub.
Xatırladaq ki, İsrailin U-21 yığmasının sabiq üzvü olan Ataa bir müddət əvvəl Fələstin yığmasında oynamağı qəbul etmişdi.
saytlarin hazirlanmasi