Argentina millisinin sabiq forvardı German Denis özünə yeni komanda tapıb.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı hücumçu San-Marinoda oynayacaq. O, ölkəni avrokuboklarda təmsil edəcək “La Fiorita” ilə anlaşıb.
Təcrübəli hücumçu “Çezena”, “Arsenal”(Sarandi), “İndependiente”, “Napoli”, “Udineze”, “Atalanta”, “Reccina” klublarında oynayıb.
Xatırladaq ki, “La Fiorita” “Zimbru” səddini keçərsə, ikinci mərhələdə “Fənərbaxça” ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi