Almaniya millisinin üzvü İlkay Gündoğan "Barselona"da oynayacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Kataloniya klubu ilə 2+1 illik müqavilə imzalayıb.
32 yaşlı futbolçu 2016-2023-cü illərdə “Mançester Siti”də oynamışdı.
O, bundan əvvəl isə “Nürnberq”, “Borussiya” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi