"Zenit"in müdafiəçisi Rodriqao "PARİ Premyer Kuboku"nun “Neftçi” ilə ilk oyununda iştirak edə bilməyəcək.
Sportal.az xəbər verir ki, 27 yaşlı arxa xətt oyunçusu Santk-Peterburq təmsilçisinin ümumi qrupunda məşq etməyib. Braziliyalı müdafiəçinin bud əzələsindəki zədə hələ də sağalmayıb.
Rodriqao Rusiya Premyer Liqasının son mövsümündə 26 oyun keçirib və 1 qol vurub.
Qeyd edək ki, "Zenit" - "Neftçi" qarşılaşması 1 iyul tarixində Bakı vaxtilə saat 20:30-da start götürəcək.
saytlarin hazirlanmasi