"Qarabağ" İspaniyaya getdi

22:50 - 5 İyul 2023

Avstriya toplanışını başa vuran "Qarabağ" bu gün İspaniyanın Marbelya bölgəsinə yollanıb.

Sportal.az xəbər verir ki, hazırlığını 4 gün burada davam etdirəcək Ağdam təmsilçisi iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin "Linkoln" ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq.

Qeyd edək ki, "Qarabağ" iyulun 11-də "Linkoln"la səfərdə, 19-da isə Bakıda qarşılaşacaq.

Xəbər xətti