Cəbəllütariqin "Linkoln" klubunun yarımmüdafiəçisi Marko Roza Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ"a qarşı keçiriləcək oyunlarla bağlı danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan ispaniyalı komandasına inandığını bildirib:
“Bizi “Qarabağ”a qarşı kifayət qədər çətin matçlar gözləyir. Oyunların favoriti rəqibimizdir. Amma futbolda gözəl bir şey var ki, o da qeyri-mümkünlərin həyata keçməsidir. Həyəcanlıyıq, eyni zamanda “Qarabağ”a uduzmaq istəmirik. Onları təəccübləndirməyə çalışacağıq və şansımıza inanacağıq”.