Almaniyalı "Qarabağ" - "Ayntraxt" oyununu xatırladı: "Unudulmaz səyahət olmuşdu"

13:47 - 7 İyul 2023

"Ayntraxt"ın (Frankfurt) sabiq hücumçusu Aleksandr Mayer 2013/2014 mövsümündə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu (2:0) xatırlayıb.

Sportal.az “Frankfurter Rundschau” portalına istinadən xəbər verir ki, veteran forvard komandasının qələbəsi ilə başa çatan görüş haqda bunları deyib: 

"Bakını çox bəyəndim. Meydançanı xatırlayıram, qazonla qum qarışmışdı. Sadəcə onu rəngləmişdilər. Səsgücləndirici də yadımdadır. Heç də pis olmayan rəqibə qarşı unudulmaz səyahət olmuşdu. “Qarabağ”ın heyətindəki 70 nömrəli braziliyalısı (Çumbinyo - red) çox yaxşı idi. Ümumilikdə, yaxşı oynamışdıq".

Xatırladaq ki, Almaniya klubu evdəki görüşdə də 2:1 qalib gələrək qruplara vəsiqə qazanmışdı. 

Mirbağırağa
 

Xəbər xətti