Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln"un futbolçusu Julian Valarino əməliyyat olunub.
Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi dizindən uğurlu əməliyyat keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cəbəllütariq millisinin üzvü "Qarabağ"a qarşı oynamayacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun 11 iyul tarixində Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi