"Neftçi" ilə oyuna Çempionlar Liqasının finalı kimi hazırlaşırıq"

11:32 - 8 İyul 2023

Serbiyanın "Srvena Zvezda" klubunun müdafiəçisi Strahinya Erakoviç "Matç TV" kubokunun ilk turundakı "Zenit"lə matçı haqda danışıb.

Sportal.az "Matç TV"yə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi bu gün "Neftçi"yə qarşı keçirəcəkləri matça yaxşı hazırlaşdıqlarını bildirib:

"Zenit"ə qarşı matç turnirdəki ilk oyunumuz idi. Şadıq ki, güclü komanda üzərində qələbə qazanmağı bacardıq. Qarşıda daha iki oyun var. Biz bütün rəqiblərə ciddi yanaşırıq. Hətta "Neftçi" ilə oyuna Çempionlar Liqasının finalı kimi hazırlaşırıq".

Xatırladaq ki, serblər "Neftçi"nin 1:3 uduzduğu "Zenit"i 2:1 məğlub edib. “Neftçi” – “Srvena Zvezda” matçı bu gün saat 20:30-da Sankt-Peterburqdakı “Smena” stadionunda keçiriləcək.

Mirbağırağa

Xəbər xətti