Sloveniya millisinin qapıçısı Yan Oblak iş yerini dəyişməyə hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli qolkiper "Atletiko"nu tərk edərək İtaliyaya yollanacaq.
Onun "İnter"ə keçmək variantı var və tərəflər arasında ilkin razılıq əldə olunub.
"Nerazzura" Andre Onananı "Mançester Yunayted"ə satacağına görə, Oblakı əsas qolkiper kimi komandaya dəvət edəcək. Bu transferə görə Milan təmsilçisi 50 milyon avro xərcləyəcək.
“Olimpiya”(Lyublyana), “Benfika”, “Rio Ave”nın formasını geyinmiş Oblak 2014-cü ildən “Atletiko”nun qapısını qoruyurdu.
saytlarin hazirlanmasi