Albaniyanın "Eqnatiya" klubuna keçən Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib. O, yenidən legioner həyatı yaşamaq qərarı verməsi haqda bunları deyib:
"Mayda "Eqnatiya"dan təklif almışdım. Amma bir neçə təklifim var idi deyə, tez qərar vermirdim. Sadəcə hazırkı klubumun prezidenti və baş məşqçisi məni çox istədi. Ona görə də, sonda seçimimi "Eqnatiya"dan yana etdim".
İsgəndərlinin komandası Konfrans Liqasının birinci təsnifat mərhələsində Ermənistanın "Ararat" klubu ilə qarşılaşacaq. Azərbaycanlı futbolçu ilk görüş üçün komandası ilə birlikdə İrəvana getmək istəyində olduğunu deyib: "Müqavilə imzaladıqdan sonra rəhbərliklə elə İrəvana yollanmağımla bağlı söhbətimiz oldu. Ora yollanmaq istədiyimi dedim. Mənim üçün ora getmək vacibdir. Rəhbərlik də qərarıma hörmətlə yanaşacağını bildirdilər. Kollektivlə birlikdə İrəvana getmək istəyirəm. Mənim əsas düşündüyüm ölkəmi layiqincə təmsil etməkdi. Bunun üçün əlimdən gələni edəcəm".
Xatırladaq ki, “Eqnatiya” ilk oyunu iyulun 13-də İrəvanda, cavab matçı isə 20-də Albaniyada keçirəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi