"Qarabağ"ın prezidenti Tahir Gözəl Cəbəllütariqdə komandanın düşərgəsini ziyarət edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandasına yeni mövsümdə müvəffəqiyyətlər arzulayıb. Tahir Gözəl hər zaman "Qarabağ"a inandığını bildirib və “Linkoln” ilə qarşılaşmalarda komandaya uğurlar diləyib.
Klub rəhbəri bu gün keçiriləcək görüşdə komandanın yanında olacağını sözlərinə əlavə edib.
saytlarin hazirlanmasi