Bu gün Çempionlar Liqasında 2023/2024 mövsümünün birinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, bu gün 10 oyun keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" "Linkoln"un (Cəbəllütariq) qonağı olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ikinci mərhələdəki potensial rəqibləri "Rakuv" (Polşa) və "Flora" (Estoniya) da bu gün meydana çıxacaqlar. Birinci mərhələnin sabah da 5 oyunu oynanılacaq. Cavab qarşılaşmaları 18-19 iyulda keçiriləcək.
11 iyul
19:00. “Urartu” (Ermənistan) - “Jrinski Mostar” (Bosniya və Herseqovina)
19:30. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan)
20:00. “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya)
22:00. “Rakuv” (Polşa) - “Flora” (Estoniya)
22:00. “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail)
22:00. “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya)
22:45. “Partizani” (Albaniya) - BATE (Belarus)
22:45. “Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan)
22:45. “Klaksvik” (Farer adaları) - “Ferensvaroş” (Macarıstan)
22:45. “Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya)
12 iyul
18:00. “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan)
20:00. HİK (Finlandiya) - "Larne" (Şimali İrlandiya)
21:00. "Haken" (İsveç) - TNS (Uels)
21:30. "Farul Konstanta" (Rumıniya) - "Şerif" (Moldova)
22:30. "Slovan" (Slovakiya) - "Svift Hesper" (Lüksemburq)
saytlarin hazirlanmasi