Azərbaycan Premyer Liqasında ən çox oyun keçirməklə mütləq rekordçu ünvanına sahib olan Rahid Əmirquliyev bir neçə gün əvvəl aktiv futbolçu karyerasını başa vurduğunu açıqladı.
Sportal.az xəbər verir ki, karyerasını başa vursa da, o, futbol sahəsində çalışacaq. Belə ki, son illərini "Səbail"də keçirmiş Əmirquliyev məşqçilik karyerasına da burada başlayacaq.
Bayıl klubunun rəhbərliyi Rahidə məşqşi kimi başlaması üçün təklif göndərib. Tərəflər arasında razılıq əldə edilib. Veteran futbolçu böyük ehtimalla “Səbail”in aşağı yaş qruplarından ibarət komandalarının birində məşqçi kimi fəaliyyət göstərəcək.