"Qarabağ"ın sabiq qolkiperi Asmir Beqoviç özünə yeni iş yeri tapıb.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, bosniyalı QPR-lə anlaşıb.
Çempionşip təmsilçisi ilə qapıçı arasında bir illik müqavilə imzalanacaq. Son olaraq "Everton"un qapısını qorumuş təcrübəli futbolçu oradan ayrıldıqdan sonra klubsuz idi.
Beqoviç 2019/2020 mövsümündə "Qarabağ"ın qapısını qorumuşdu.
saytlarin hazirlanmasi