"Rakuv"un hücumçusu Fabian Pyaçeski Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a qarşı mümkün oyun haqda fikirlərini bildirib.
Sportal.az "Przegląd Sportowy" portalına istinadən xəbər verir ki, polşalı forvard Ağdam klubu haqda bunları deyib:
"Azərbaycan komandası haqda çox danışırlar, deyirlər ki, Polşa klublarını çox udub. Mənə elə gəlir ki, məğlub etməli olduğumuz rəqibdir. Ötən il “Qarabağ” “Lex”ə qalib gəlmişdi. Amma indi biz ötən mövsüm Poznan komandası ilə müqayisədə fərqli vəziyyətdəyik. “Lex”lə oxşar cəhətimiz ondan ibarətdir ki, yeni baş məşqçimiz də var. Ancaq oyunun fəlsəfəsi eyni olaraq qalır. Baş məşqçi Şvarqa komandada A-dan Z-yə qədər hamını tanıyır. Bu, böyük üstünlükdür. Ancaq əvvəlcə “Flora”nı keçməliyik”.
Qeyd edək ki, "Rakuv" ilk görüşdə "Flora"ya qalib gəlib (1:0).
saytlarin hazirlanmasi