Kabo-Verde millisinin üzvü Patrik Andradenin "Qarabağ"a qayıtması ilə bağlı xəbər vermişdik. Azərbaycanı tərk etdikdən sonra “Partizan”la anlaşmış Andrade Serbiyada qalası olmayıb. Afrikalı futbolçu Ağdam klubu ilə dünən yeni müqavilə imzalayıb.
Sportal.az saytına verilən məlumata görə, Patrik artıq sabah “Qarabağ”ın düşərgəsinə qoşulacaq. Futbolçu sabah kollektivlə birlikdə ilk məşqinə çıxacaq. Azərbaycan çempionu Andradeni bu mövsümkü avrokubok matçları üçün sifariş edəcək.
30 yaşlı futbolçu 2020-2022-ci illərdə “Qarabağ”da oynamışdı.
saytlarin hazirlanmasi