"Qalatasaray"da oynamış forvard Səudiyyə Ərəbistanında

10:43 - 14 İyul 2023

"Qalatasaray"ın sabiq hücumçusu Mbaye Diagne Səudiyyə Ərəbistanına yollanıb.

Sportal.az xəbər verir ki, seneqallı forvard "Əl-Qadisiya"ya keçib.

Son mövsümü "Fatih Karagümrük"də keçirmiş afrikalıya bir çox klubdan təklif olsa da, maliyyə məsələsinə görə ərəblərdən yana seçim edib.

O, ötən mövsüm 35 oyunda 25 qol vurmuşdu. 

Xəbər xətti