Musa bu həftə "Yurqorden"də məşqlərə başlaya bilər

11:09 - 14 İyul 2023

Azərbaycan millisinin forvardı Musa Qurbanlı ötən həftə İsveçin “Yurqorden”lə müqavilə bağladıqdan sonra Bakıya qayıdıb.

Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı hücumçu hələ ki, yeni komandasının məşqlərinə qoşula bilmir.Səbəb isə İsveç qanunlarıdır.

Azərbaycan millisinin 21 yaşlı hücumçusu işçi vizası gözləyir ki, bunu da “Yurqorden” rəhbərliyi həll etməyə çalışır. Məsələ bu həftə həllini tapmalıdır.

Xatırladaq ki, Musa “Yurqorden”lə üç illik müqavilə imzalayıb.

Xəbər xətti