“Linkoln”un qapıçısı Nauset Qarsiya Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci turunun ilk oyununda "Qarabağ"a məğlubiyyəti (1:2) şərh edib.
Sportal.az xəbər verir ki, “eldia.es”ə danışan qapıçı Bakı keçiriləcək cavab oyunu ilə bağlı da fikirlərini söyləyib:
“İlk görüşdə hesabda irəli çıxa bildik. Hətta üstünlüyümüzü iki topa yüksəldə bilərdik, ama alınmadı. Böyük komandalar, əllərində olan hər şeydən istifadə edirlər. “Qarabağ” qələbə qolunu ən sonda vurdu. Komanda yüksək büdcəli, son illərdə müntəzəm olaraq avrokuboklarda çıxış edən, heyətində çox səviyyəli oyunçuları olanklubla sona qədər mübarizə apardı. Cavab qarşılaşmasında oyun ritmimizi ortaya qoymağa, meydana daxil olaraq rəqibin çatışmazlıqlarından istifadə etməyə çalışmalıyıq ki, geridönüş edək. “Qarabağ”ı məğlub etmək, onları keçmək çox çətin olacaq. Amma futbolda mümkünsüz heç nə yoxdur".
Cəbəllütariqdəki görüşdə "Qarabağ" rəqibinə 2:1 qalib gəlmişdi. Tərəflər arasında ikinci qarşılaşma iyulun 19-da BOS-da keçiriləcək.
saytlarin hazirlanmasi