"İnter"i Bundesliqa klubuna dəyişdi

12:34 - 14 İyul 2023

"Volfsburq" Almaniya millisinin üzvünü heyətinə qatacaq.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "İnter"in yarımmüdafiəçisi Robin Qosens "canavarlar"la anlaşıb.

29 yaşlı alman "Volfsburq"da oynamağa razılıq verib. Onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Bundesliqa təmsilçisi "İnter"ə təzminat ödəyəcək. Çünki Qosensin "nerazzura" ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Xəbər xətti