"Valensiya"nın hücumçusu Edinson Kavaninin agenti Valter Quqlemon "Boka Xuniors" rəhbərliyi ilə görüşmək üçün Argentinaya uçub.
Sportal.az Argentina mətbuatına istinadən xəbər verir ki, "Neftçi" və "İnter"in (indiki "Şamaxı") veteran forvardı 36 yaşlı uruqvaylının Argentina klubu ilə son detalları müzakirə etməlidir.
Təcrübəli forvard “Danubio”, “Palermo”, “Napoli, PSJ, “Mançester Yunayted”də oynadıqdan sonra 2022-ci ildə “Valensiya”ya keçmişdi.
Kavani "Boka Xuniors"da oynamaq istədiyini Quqlemona bildirib. Yaxın vaxtlarda keçidin açıqlanacağı gözlənilir.
saytlarin hazirlanmasi