Premyer Liqaya qayıdan klub "Qarabağ"ın sabiq üzvünü istəyir

14:31 - 14 İyul 2023

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Araz Naxçıvan" transfer çalışmalarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan klubunun transfer siyahısında yer alanlar arasında təcrübəli futbolçular da var.

Belə ki, Azərbaycan millisinin, “Qarabağ”ın sabiq üzvü Elvin Məmmədov “Araz Naxçıvan”a keçə bilər. Ötən mövsümü “Şamaxı”da keçirmiş 34 yaşlı yarımmüdafiəçinin Premyer Liqa klubuna keçidi gündəmdədir. Transferin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşəcək.

Xəbər xətti