"Fiorentina"nın yarımmüdafiəçisi Sofian Amrabat komandanı tərk etməyə hazırlaşır.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "bənövşəyilər" mərakeşlini 30-35 milyon avroya satmaq istəyirlər.
Onun xidmətində isə "Barselona", "Mançester Yunayted" və "Bavariya"da maraqlıdır. Amma Amrabat özü karyerasını başqa komandalarda davam etdirmək istəmir.
2022/2023 mövsümündə mərakeşli “Fiorentina” üçün 1 məhsuldar ötürmə etdiyi bütün turnirlərdə 49 oyun keçirib. Futbolçunun Florensiya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
saytlarin hazirlanmasi