"İsveçlilər deyir ki, Musanın "Yurqorden"ə gəlişindən sonra klub daha 10 milyon azarkeş qazandı"

14:59 - 15 İyul 2023

"Musanın "Yurqorden"ə keçidinə çox sevindim. O, əvvəlcədən bəyəndiyim futbolçu idi. Hətta öncədən də demişdim ki, yerli futbolçularımız arasında Musa İsveçdə oynaya biləcək gücdədir. Şadam ki, o, burada oynayacaq. Ona azarkeşlik etmək maraqlı olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında İsveçin "Örebro" klubunda çalışan Valeh Qafarov deyib.

Uzun illərdə İsveçdə yaşayan həmyerlimiz 21 yaşlı forvardın "Yurqorden"də özünü göstərə biləcəyinə inandığını söyləyib. Bununla yanaşı, Qafarov isveçlilərin Musa haqda xoş fikirdə olduqlarını deyib:

"Mətbuatı oxuyuram, diqqətdə saxlayıram. Təbii ki, daha çox Musa haqda olan hissəni. İsveçlilər Musa haqda çox gözəl şərhlər yazır. Hətta isveçlilər deyir ki, Musanın “Yurqorden”ə gəlişindən sonra klub daha 10 milyon azarkeş qazandı. Yəni, Azərbaycanı nəzərdə tuturlar. Bilirlər ki, bütün Azərbaycan "Yurqorden"ə azarkeşlik edəcək".

Mirbağırağa
 

Xəbər xətti