"Qəbələ"nin yeni transferi Musa haqda: "Sənin üçün darıxacam" - FOTO

15:34 - 15 İyul 2023

"Qəbələ"nin müdafiəçisi Rauf Hüseynli instaqram səhifəsində Musa Qurbanlı haqda paylaşım edib.

Sportal.az xəbər verir ki, “Yurqorden”in forvardı Musa Qurbanlı ilə yaxın dostluğu olan yığmamızın sabiq üzvü sosial şəbəkədə bunları yazıb:

"Uğurlar sənə qardaşım. Azərbaycanı və ailəni layiqincə təmsil edəcəyindən heç şübhəmiz yoxdur. Yolun açıq olsun, inşallah daha böyük uğurlara nail olarsan. Sənin üçün darıxacam".

Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Hüseynli ötən mövsümü "Şamaxı"da keçirib. Bir neçə gün əvvəl isə o, "Qəbələ" ilə anlaşmışdı.

Xəbər xətti