"Əl-Şabab" "Yuventus"un müdafiəçisi ilə danışıq aparır

15:57 - 15 İyul 2023

Kolumbiya millisinin müdafiəçisi Xuan Kuadrado Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "Əl-Şabab" onu heyətinə qatmağa çalışır.

Kuadradoya illik 8 milyon avro maaş təklif edilib.

Amma təcrübəli futbolçu qarşı tərəfə yekun qərarını bildirməyib.

35 yaşlı futbolçu "Udineze", "Leççe", "Fiorentina", "Çelsi" klublarında oynayıb.

Xəbər xətti