"Zaur Axundov zarafatla dedi ki, gərək mən səni axtarım?"

16:18 - 15 İyul 2023

Azərbaycan milli komandasının veteran futbolçusu Əfran İsmayılovun karyesını "Araz Naxçıvan"da məşqçi kimi davam etdirəcəyi haqda məlumat vermişdik.

Sportal.az açıqlama verən İsmayılov Naxçıvan klubuna keçidini şərh edib.

O, Premyer Liqa təmsilçisinə təyin baş məşqçi təyin olunması haqda danışıb:

"Səbail"lə müqaviləm var idi. Sağolsun, Mirbağır İsayev işsiz olan vaxtı mənə dəvət göndərmişdi. Orada seleksiya rəhbəri kimi işləyirdim. Rəhbərliyə təşəkkürümü bildirirəm. Yığdım onlarla da halallaşdım. "Araz Naxçıvan"a gəldikdə, düzdü, Azər Bağırov məni komandaya gətirmək istəyirdi. Sadəcə rəhbərlikdə kimlərin olacağını bilmirdim. Zaur Axundov gəldi və danışdıq. Hələ zarafatla dedi ki, gərək mən səni axtaram? Bir az zarafatlaşdıq. Komandada yer almağımı istədiyini bildirdi. Azər Bağırovla da oturduq, danışdıq. Komandaya kömək edəcəm".

Mirbağırağa

Xəbər xətti