"Fənərbaxça" Xorvatiya millisinin qapıçısı üçün 8 milyon təklif etdi

18:31 - 15 İyul 2023

"Fənərbaxça" Dominik Livakoviç üçün "Dinamo"ya 8 milyon avro təklif edib.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu xorvatiyalı ilə dörd illik müqavilə imzalamaq istəyir.

Əgər bu transfer baş tutmasa, "Fənərbaxça" PSJ-nin qolkiperi Keylor Navasın transferi üçün hərəkətə keçəcək.

28 yaşlı qapıçı "Zaqreb"də oynadıqdan sonra 2015-ci ildə "Dinamo"ya keçib.

Xəbər xətti